Ermənistanda koronavirusdan ölüm sayı 4018-ə çatdı

Ermənistanda son sutka ərzində 410 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 213 288 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 17 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4018-ə yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1001 nəfərdir.
Hazırda Ermənistanda 14189 nəfər aktiv koronavirus xəstəsi var.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: