Ermənistanda koronavirusdan daha 20 nəfər öldü

Ermənistanda son sutka ərzində daha 532 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 216 596 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 20 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4128-ə yüksəlib.
Koronavirusa yoluxan 199 115 nəfər sağalıb. Hazırda 12 333 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: