Ermənistanda koronavirusdan həyatını itirənlərin sayı 4149-a yüksəlib
Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirusa yoluxub.
Bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 217 008 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 10 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4149-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1026 nəfərdir.
Hazırda 11 361 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: