Ermənistanda koronavirusdan ölənlərin sayı daha 17 nəfər artaraq 4209-a çatdı

Ermənistanda son sutka ərzində daha 356 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 218 681 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 17 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4209-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1036 nəfərdir.
Hazırda 10 129 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: