Ermənistanda koronavirusdan ölənlərin sayı 4234-ə çatdı

Ermənistanda son sutka ərzində daha 178 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 219 270 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 9 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4234-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1038 nəfərdir.
Hazırda 9 419 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: