Ordumuz Zəngəzurda daha 1,5 kilometr İRƏLİLƏDİ -
erməni KİV-i
Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.
“news.am” xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətindəı qeydə alınıb.
Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.
Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini əlavə edib.
“Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irıəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan söyləyib.
Xatırladaq ki, hazırda Azəırbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanılması müzakirə olunur.
Oxunub: 503
Xəbəri paylaş
Paylaş: