Rusiyada virusdan ölənlərin sayı 231 mini keçdi
Rusiyada son sutka ərzində daha 37 930 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“RİA Novosti” xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 279 573 nəfərə çatıb.
Ötən gün Rusiyada 1069 nəfər koronavirusdan ölüb.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 231 669 nəfərə çatıb.
İndiyədək 7 186 611 xəstə sağalıb.
Oxunub: 111
Xəbəri paylaş
Paylaş: