Şəhriyar Məmmədyarovun Qran-pridən qazandığı gəlir bəlli oldu

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə FIDE Qran-prisinın III mərhələsində bu gün yarımfinal qarşılaşmaları keçiriləcək.
B qrupunu ilk sırada başa vurmuş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşü iranlı Amin Tabatabayi ilə ABŞ-ın digər şahmatçısı Vesli So arasında olacaq.
Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan (30 mart – 1 aprel) ibarətdir, hesab bərabər olarsa, buna tay-breykdə əlavə olunacaq.
Hər mərhələdə qazanılan qələbələr şahmatçılara ümumi üç mərhələnin cəminə görə xallar qazandırır. Hazırkı durumda Şəhriyar Məmmədyarov 10 xalla 7-ci sıradadır. Rixard Rapport (Macarıstan) və Hikaru Nakamura (ABŞ) 20 xalla ilk iki sıranı bölüşdürür. Şahmatçımızın dünya çempionluğuna Namizədlər Turnirinə vəsiqə qazanması üçün ilk iki sıranı tutması lazımdır.
Q
eyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min avrodur. Hazırkı durumda Şəhriyar Məmmədyarov 20 min avro gəlir əldə edib.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: