AVRO-2024: İspaniyadan darmadağın, Xorvatiya qələbəni əldən verdi – YENİLƏNİB
AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub. Oxu.Az xəbər verir ki, turun daha üç oyunu başa çatıb. A qrupunun favoriti İspaniya Norveçi qəbul edib. Görüş pireneylilərin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 13-cü dəqiqədə Dani Olmo açıb. 81-ci dəqiqədə meydana çıxmaqla yığmada debüt edən Xoselu isə dublla yadda qalıb. O, 84 və 85-ci dəqiqələrdə fərqlənib. D qrupunda Xorvatiya Uelsi sınağa çəkib. Andrey Kramariçin 28-ci dəqiqədə vurduğu qolla önə keçən xorvatlar 90+3-cü dəqiqədə Natan Brodhedin qoluna mane ola bilməyiblər - 1:1. İ qrupunda Rumıniya Andorranın qonağı olub. Matç səfər komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 23:25 AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir. Oxu.Az xəbər verir ki, bu gün daha üç oyun keçirilib. D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistana 2:1 hesabı ilə qalib gəlib. İsveçrə səfərdə Belarusu darmadağın edib. Renato Şteffenin het-trik etdiyi qarşılaşmada isveçrəlilər 5 cavabsız qolla qələbə qazanıblar. İsraillə Kosova isə heç-heçəyə razılaşıb. Təl-Əvivdə keçirilən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqləniblər. 22:48 AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir. Oxu.Az xəbər verir ki, bu gün A, D və I qruplarında ümumilikdə 7 matç keçiriləcək. Oyunlardan biri artıq baş tutub. A qrupunda Şotlandiya Kiprlə üz-üzə gəlib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.