Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. "Report" "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu sözügedən ölkədən sərfəli təklif alıb. Fransalı oyunçu karyerasını bitirmək üçün buranın doğru yer olduğunu hesab edir. Benzama Madrid təmsilçisindəki gələcəyi ilə bağlı hələlik əmin deyil. "Kral klubu" da öz növbəsində onunla yeni müqavilə imzalamağa tələsmir. Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə sözləşməsi yayda başa çatacaq.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: