“Sabah”ın futbolçusu son 12 mövsümdə ən çox qol vuran avropalı legioner olub
“Sabah”ın futbolçusu Coy Lens Mikels son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legioner olub.
“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, almaniyalı vinger Premyer Liqanın XXX turunda “Qarabağ”la (2:1) qarşılaşmada dubl edərək, buna nail olub.
30 yaşlı hücumameyilli oyunçu bununla cari mövsümdəki qol sayını 17-yə çatdırıb. Mikels 2015/2016 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı geridə qoyub. 2011-ci ilin yayından bəri digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.
Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiyadır. Gürcü futbolçu 2010/2011 mövsümündə 18 dəfə fərqlənib.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: