Xaçmazda avtomobilin vurduğu piyadanın boynu sınıb
Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Yusubov Dünyadur Ağa oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı və qapalı onurğa travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: