İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Oxu.Az-ın məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib. “Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, - Bektaş paylaşımda yazıb. Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: