Suraxanıda yol qəzasında 4 aylıq körpə xəsarət alıb
Bakının Suraxanı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Zığ şossesində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2023-cü il təvəllüdlü Q.Y. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ təpə nahiyəsinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş: