Ərəb Parlamentinin sədri: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndiririk"
Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib. "Report" xəbər verir ki, Adel bin Abdul Rahman Əl-Asumi bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirib. Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi rəhbərlik etdiyi təşkilatın Azərbaycan Milli Məclisi ilə əlaqələrə əhəmiyyət verdiyini, Ərəb Parlamentinə üzv dövlətlərin Azərbaycanla uğurlu əlaqələrə malik olduğunu qeyd edib. Qonaq, həmçinin ölkəmizin təşəbbüsü ilə yaradılan təşkilatın Parlament Şəbəkəsinin qısa vaxtda böyük işlər gördüyünü diqqətə çatdırıb və qeyd edib ki, bu, Azərbaycanın uğurlu parlament diplomatiyasının göstəricisidir. O, Ərəb Parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.