“Qarabağ”ın yarımmüdafiəçisi Rusiya klubuna keçə bilər
“Ural” “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə maraqlanır.
Məlumata görə, Yekaterinburq klubu futbolçunun transferi ilə bağlı “Qarabağ”la danışıqlar aparır.
Yankoviç 2022-ci ilin yayından “Qarabağ”da çıxış edir. Qazaxıstan yığmasının heyətində 27 yaşlı monteneqrolu yarımmüdafiəçi 40 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Ural” ötən mövsüm Rusiya çempionatını 11-ci pillədə başa vurub.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: