Gürcüstan millisi Portuqaliya, Niderland və Belçika ilə eyni qrupdan birinci olaraq pley-offa çıxdı
Gürcüstanın gənclərdən ibarət millisi (U21) Avro-2023-ün pley-off mərhələsinə yüksəlib.
Qonşu ölkənin futbolçuları turnirin qrup mərhələsinin üçüncü turunda Niderland yığması ilə heç-heçə oynayıblar (1:1).
Beləliklə, komanda üç oyunda uduzmayıb və beş xal qazanaraq A qrupunda birinci yeri tutub.
Əvvəlki oyunlarda gürcülər Portuqaliyanı məğlub edib (2:0), Belçika ilə heç-heçə ediblər (2:2).
A qrupunun ikinci pilləsində dörd xal toplayan portuqaliyalılar qərarlaşıb.
Oxunub: 90
Xəbəri paylaş
Paylaş: