PSJ 22 milyon avroya koreyalı futbolçu alıb
Li Kanq İn PSJ ilə müqavilə imzalayıb.
Paris klubu koreyalı yarımmüdafiəçinin transferi barədə açıqlama verib. Onun müqaviləsi 2028-ci ilə qədərdir.
Məlumata görə, “Malyorka” futbolçunun transferinə görə 22 milyon avro qazanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 36 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: