Adrian Mutu “Neftçi”yə nə vaxt qoşulacaq?
“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu bu gün komandaya qoşulacaq.
Oxu.Az xəbər verir ki, rumıniyalı mütəxəssis üçün Rusiya vizası alınıb. O, bu gün axşam saatlarında hazırda qonşu ölkənin Sankt-Peterburq şəhərində olan “ağ-qaralar”ın düşərgəsinə çatacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl “Neftçi” Mutu ilə ikiillik müqavilə imzalayıb.
Oxunub: 168
Xəbəri paylaş
Paylaş: