Ronaldu ardıcıl beş oyundur qol vura bilmir
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun heyətində ardıcıl 5-ci matçında qol vura bilməyib. Sözügedən komanda Ərəb Klubları Çempionlar Kuboku matçında “Əş-Şabab”la heç-heçə edib. Ronaldu da bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb və qol vura bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb. Qışda “Ən-Nəsr”ə keçən Ronaldu komandanın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, iki məhsuldar ötürmə edib.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: