Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
DEPUTATLARDAN DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ... - Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?..
MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? -  Əsas iki səbəb göstərilir
RAMİZ MEHDİYEVİN DÖVLƏT ÇEVRİLİŞİ PLANI NECƏ İFŞA OLUNUB? - “Mehdiyev işi”nin bütün DETALLARI
Press-fakt.az
    
  • Bu gün Azərbaycanın
    Bu gün Azərbaycanın DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜDÜR
  • 
  • Ukrayna Amerika raketlərinə deyil, öz gücünə arxalanmalıdır -
    Ukrayna Amerika raketlərinə deyil, öz gücünə arxalanmalıdır - Alman ekspert
  • 
  • Putin də müharibəyə son qoymaq istəyir -
    Putin də müharibəyə son qoymaq istəyir - Tramp
  • 
  • Trampın keçmiş müşaviri Con Boltona qarşı ittiham irəli sürüldü
    Trampın keçmiş müşaviri Con Boltona qarşı ittiham irəli sürüldü
  • 
  • İsrail çıxmalı, Qəzzanı komitə idarə etməlidir -
    İsrail çıxmalı, Qəzzanı komitə idarə etməlidir - HƏMAS-dan tələb
  • 
  • Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin
    Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin BAHALI AVTOMOBİL KOLLEKSİYASI - FOTOLAR
  • 
  • Tramp Zelenski ilə Budapeştdə Putinlə mümkün görüşü müzakirə edəcək
    Tramp Zelenski ilə Budapeştdə Putinlə mümkün görüşü müzakirə edəcək
  • 
  • Vilayət Eyvazov rəislərin qarşısında tələb qoydu
    Vilayət Eyvazov rəislərin qarşısında tələb qoydu
  • 
  • MEHDİYEVİN AİLƏ ÜZVLƏRİNİN ölkədən çıxışına
    MEHDİYEVİN AİLƏ ÜZVLƏRİNİN ölkədən çıxışına “STOP” QOYULDU
  • 
  • Gələn il Qarabağ və Şərqi Zəngəzura BU QƏDƏR xərclənəcək
    Gələn il Qarabağ və Şərqi Zəngəzura BU QƏDƏR xərclənəcək
  • 
  • Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır - 
    Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır -  İsa Həbibbəyli
  • 
  • RAMİZ MEHDİYEV BU VİLLADA DUSTAQDIR -
    RAMİZ MEHDİYEV BU VİLLADA DUSTAQDIR - Qonşusu Ramil Usubovdur /FOTO
  • 
  • Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
    Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
  • 
  • Putin Trampla görüş üçün Macarıstana necə səfər edəcək? -
    Putin Trampla görüş üçün Macarıstana necə səfər edəcək? - Aİ rəsmisi açıqladı
  • 
  • Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?- 
    Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?-  ŞOK FAKT
  • 
  • Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ - 
    Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ -  İmtahana qeydiyyat başladı
  • 
  • Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb
    Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • 
  • MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? - 
    MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? -  Əsas iki səbəb göstərilir
  • 
  • Gürcüstanda partiyalar qadağan ediləcək -
    Gürcüstanda partiyalar qadağan ediləcək - Hakim partiya Konstitusiya Məhkəməsində iddia qaldırır
  • 
  • Ağır Cinayətlər Məhkəməsinin üç tanınmış hakimi təqaüdə göndəriləcək
    Ağır Cinayətlər Məhkəməsinin üç tanınmış hakimi təqaüdə göndəriləcək
  • 
  • Deputatlar arasında söz savaşı:
    Deputatlar arasında söz savaşı: "Ramiz Mehdiyevdən bir cümlə deyib..."
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Rusiya Laçın dəhlizində 27 post qurub - Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
  • Ermənilər Qarabağa hərbi qüvvə yığır: “Vəziyyət belə davam etsə...”
  • Azərbaycan 10 noyabr razılaşmasından imtina etməlidir?- AÇIQLAMA
  • Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”
  • MN: Sülhməramlıların yerləşdiyi ərazidə qanunsuz erməni silahlı dəstə üzvünün yaralanması yalandır
  • Qarabağda “boz zona”ya qarşı mübarizə üsulu – Bakı hansı təcrübəni tətbiq etməlidir?

    • Tarix: 14-09-2023, 16:13

    qerar.az

    Azərbaycan 44 günlük müharibədə ərazi bütövlüyünü bərpa etdikdən sonra üçtərəfli razılaşmaya əsasən Qarabağda erməni əhalisinin yaşadığı ərazilərə Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Sülhməramlıların əsas missiyası bölgənin təhlükəsizliyini qorumaq - orada qalan erməni silahlı birləşmələrin üzvlərini çıxarmaq, qanunsuz silahlı dəstələri tərki-silah etmək - və birgəyaşayışı təmin etmək idi. 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə bu missiyaya uyğun heç bir addım atılmayıb, əksinə, sülhməramlıların nəzarətində olan ərazilərin "boza zona"ya çevrilməsi üçün hər şey edilib:

    Globall.az   Milli.az-a istinadən bildirir ki,-humanitar məqsədlər üçün istifadə edilməli olan Laçın yolundan silah-sursatın və canlı qüvvənin daşınması həyata keçirildi;

    - Erməni separatçılarının silahlanması və ərazidə yaşayan əhalini girovluqda saxlaması imkanları genişləndi;
    - Zaman-zaman Azərbaycan Ordusuna qarşı təxribat və terror hücumları həyata keçirildi, belə təxribat hazırlığının bu gün də aparıldığı göz önündədir;

    Azərbaycan Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə öz ərazisinə qanunsuz daşımaların qarşısını alsa da, artıq silahlanmış separatçı-terrorçular təslim olmaqdan imtina edir və erməni əhalisini girovluqda saxlamağa davam edir. Ağdam-Xankəndi yolunun bloklanması bunun son nümunəsidir.

    Və mövcud mənzərə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinin "boz zona"ya çevrildiyini təsdiq edir.

    "Boz zona" nədir və bu zonada nələr baş verir?

    Beynəlxalq terminologiyada "boz zona" anlayışı lingvistik, sosioloji və siyasi olaraq təsnif olunur.

    - Linqvistik olaraq, "nəyin doğru, nəyin yanlış olduğu bilinməyən ərazilərə" deyilir, yəni hərfi mənası "nəzarətsiz ərazi" deməkdir;

    - Sosioloji olaraq, bir ölkə daxilində cinayətkar qruplaşmaların nəzarətində olan və hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətin aparıldığı ərazi deməkdir: bu bölgələrdə yaşayan əhali cinayətkar qruplaşmaların girovuna çevrilir; hazırda Kolumbiyada narkokartellərin fəaliyyət göstərdiyi məntəqələr bu anlayıın əsas nümunələri hesa edilir;

    - Siyasi olaraq, dövlət və qeyri-dövlət qüvvələrinin mübarizəsində sülh və müharibə məkanı arasındakı ərazi olaraq göstərilir: qeyri-dövlət qüvvələri dövlət və milli təhlükəsizliyə açıq təhdid yaradır, ölkə qanunvericiliyinə tabe olmaqdan imtina edir və silahlı qarşıdurmaya gedirlər; bu təhlükə daha çox münaqişə bölgələrində ortaya çıxır;

    Qarabağdakı mövcud vəziyyət beynəlxalq münasibətlərdə "boz zona"nın nəzəri izahını praktiki olaraq özündə ehtiva edir: bölgə faktiki nəzarətsiz əraziyə çevrilib, erməni əhalisi separatçılar tərəfindən girovluqda saxlanılır və qondarma rejim Azərbaycan qanunlarına tabe olmur, milli təhlükəsizliyə təhdid yaradır;

    "Boz zona"ya qarşı mübarizə üsulları və beynəlxalq təcrübə

    Beynəlxalq təcrübədə "boz zona"lara qarşı mübarizə bir neçə aspektdən dəyərləndirilir:

    a) Qeyri-dövlət qüvvələrini (separatçı-terrorçular) sıxışdırmaq: burada yolların bağlanmasından tutmuş kommunikasiya xətlərinin kəsilməsinə qədər müxtəlif vasitələr daxildir;
    b) "Boz zona"dakı qanunsuz qüvvələr tərəfindən girovluqda saxlanılan əhalini təşkilatlandırmaq, daxili müqaviməti formalaşdırmaq: bu adətən sosioloji aspektdə mümkün vasitədir, misal üçün, Kolumbiya hökuməti narkokartellərin nəzarət etdiyi məntəqələrdə bu taktikadan istifadə edir və həmişə uğurlu olmasa belə, müəyyən nəticələrin əldə edilməsi təcrübəsi var;
    c) Hərbi müstəvidə addımların atılması, separatçı-terrorçuların neytrallaşdırılması: bu variant münaqişə bölgələrində mövcud olan "boz zona"lara qarşı həmişə effektiv olub və adətən belə bölgələrdə seçim imkanı da çox az olur;

    Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki "boz zona"ya qarşı ilk iki variantı tətbiq etməsi mümkün görünür, hərçənd, nəticə əldə etmək çətindir. Son üç ildə bu istiqamətdə addımlar da atılıb: erməni əhalisinə daha yaxşı həyat şərtlərinin təqdim edilməsi və separatçı-terrorçuların sıxışdırılması istiqamətində müəyyən işlər görülür, lakin nəticə etibarilə "boz zona"nın ləğv edilməsinə nail olunmayıb.

    Bu addımların istənilən nəticə verməməsinin əsas səbəblərindən biri də Qarabağda mövcud "boz zona"nın hibrid müharibə platformasına çevrilməsidir.

    - Rusiya Qarabağda sülhməramlı kontingentə malik olmasının verdiyi üstünlükdən istifadə edərək, bölgədəki maraqlarını təmin etməyə çalışır;
    - Ermənistan "boz zonadan" Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidi davam etdirir və bu faktordan sülh danışıqlarında rəsmi Bakıya qarşı istifadə edir;
    - Fransa Qarabağda "boz zona"nın mövcudluğunu Cənubi Qafqaz siyasətinin dayaq nöqtələrindən birinə çevirib;
    - ABŞ Cənubi Qafqazdakı maraqlarının təmin edilməsində bu zonadan yararlanmağa çalışır;
    - Və Azərbaycana qarşı olan şəbəkələr də zaman-zaman bu amildən istifadə etməyə cəhd göstərirlər;

    Bu situasiya Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərdəki "boz zona"nın aradan qaldırılmasının yeganə yolunun üçüncü variant - hərbi müdaxilə olduğunu zərurətə çevirir. Beynəlxalq təcrübə də yeganə çıxış yolunun bu olduğunu təsdiqləyir. Bu gün Krımda və Donbasda, Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada, Liviyada və dünyanın müxtəlif yerlərində münaqişə ocağı üzərində yaranmış "boz zona"lara qarşı məhz hərbi müstəvidə atılan addımlar effektiv mübarizə üsulu sayılır. Və bu prosesdə tarixi istinad nöqtəsi Şimali İrlandiya nümunəsi qəbul edilir. Böyük Britaniya vaxtilə Şimali İrlandiyada mövcud olan qanunsuz silahlı birləşmələri terrorla mübarizə strategiyası altında hərbi müdaxilə ilə sıradan çıxardı. Bu gün belə sivil Avropada terrora qarşı mübarizə strategiyasında "Şimali İrlandiya nümunəsi" effektiv yol olaraq seçilib.

    Bütün bunlar - beynəlxalq hüquq və təcrübə Qarabağın sülhməramlıların nəzarətində olan hissəsindəki "boz zona"nın ləğv edilməsinin effektiv yolu hərbi əməliyyatlardan keçdiyini təsdiq edir. Separatizm ləğv edilməli, erməni silahlı qüvvələrinin ərazilərimizdə qalan ünsürləri neytrallaşdırılmalı, qanunsuz silahlı dəstələrin hamısı tərki-silah edilməli, erməni əhalisi girovluqdan xilas edilməli və Azərbaycan qanunvericiliyi bərpa olunmalıdır.


    Oxunub: 76
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      18-10-2025
      00:30 | Bu gün Azərbaycanın DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜDÜR
      00:27 | Ukrayna Amerika raketlərinə deyil, öz gücünə arxalanmalıdır - Alman ekspert
      00:25 | Putin də müharibəyə son qoymaq istəyir - Tramp
      00:22 | Trampın keçmiş müşaviri Con Boltona qarşı ittiham irəli sürüldü
      00:20 | İsrail çıxmalı, Qəzzanı komitə idarə etməlidir - HƏMAS-dan tələb
      00:15 | Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin BAHALI AVTOMOBİL KOLLEKSİYASI - FOTOLAR
      00:12 | Rusiyada partlayıcı qurğular istehsal edilən hərbi zavodda güclü partlayış
      00:10 | Tramp Zelenski ilə Budapeştdə Putinlə mümkün görüşü müzakirə edəcək
      00:05 | Bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib
      00:00 | Arayik və dəstəsinin məhkəməsi davam etdirilir -  Bu məlumatlar tədqiq olundu /FOTOLAR
      17-10-2025
      23:10 | Vilayət Eyvazov rəislərin qarşısında tələb qoydu
      22:30 | MEHDİYEVİN AİLƏ ÜZVLƏRİNİN ölkədən çıxışına “STOP” QOYULDU
      22:25 | Maliyyə Nazirliyinin mühasibi sərxoş olub parkda yatdı: 3 minlik telefonu OĞURLANDI
      22:20 | Gələn il Qarabağ və Şərqi Zəngəzura BU QƏDƏR xərclənəcək
      17:50 | Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır -  İsa Həbibbəyli
      17:15 | "Zəngəzur dəhlizinin uğuru bu detallardan asıldıır”- “Bunlar Moskva ilə razılaşdırılmasa...”
      17:10 | RAMİZ MEHDİYEV BU VİLLADA DUSTAQDIR - Qonşusu Ramil Usubovdur /FOTO
      17:05 | Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
      17:00 | Putin Trampla görüş üçün Macarıstana necə səfər edəcək? - Aİ rəsmisi açıqladı
      16:55 | Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?-  ŞOK FAKT
      16:50 | Rusiya şirkətləri borc bataqlığında -  Dövlət dəstəyi tükənir
      16:30 | DEPUTATLARDAN DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ... - Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?..
      16:15 | Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ -  İmtahana qeydiyyat başladı
      16:10 | “Lukaşenko Avropa ilə separat danışıqlar aparır”-  “Minsk özünün siyasi təcridinə son qoymaq istəyir”
      16:05 | Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb
      16:00 | Müstəqillik dönəmindən indiyədək MANDATINI İTİRMİŞ DEPUTATLAR -  ADLAR
      14:30 | MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? -  Əsas iki səbəb göstərilir
      14:25 | Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
      14:20 | Gürcüstanda partiyalar qadağan ediləcək - Hakim partiya Konstitusiya Məhkəməsində iddia qaldırır
      14:15 | Ağır Cinayətlər Məhkəməsinin üç tanınmış hakimi təqaüdə göndəriləcək
      14:10 | Deputatlar arasında söz savaşı: "Ramiz Mehdiyevdən bir cümlə deyib..."
      14:00 | NORMALLAŞMA TƏXİRƏ SALINIR?- Putinin Düşənbədəki “tərəfdaşlıq” bəyanatları özünü doğrultmur
      11:45 | Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir?- Qiymət 35% bahalanıb
      11:40 | III Dünya Müharibəsi olmayacaq - Tramp əmin etdi
      11:35 | Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq - Mədət Quliyev
      11:30 | Yevlaxda 2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə ALINIB
      00:55 | DAVA ŞABALID DAVASI İMİŞ...-  General və polkovniklərin MİLYONLARI NECƏ ƏLƏ KEÇİRİLİB?
      00:50 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür
      00:40 | “Bölgədə tam hüquqi xaos hökm sürür”- Tofiq Zülfüqarov
      00:30 | Ramiz Mehdiyevin vəkili kim olacaq?- “Fantastik rəqəm təklif edilsə, fikirləşərəm”
      00:30 | Putin və Tramp "Tomahawk" raketlərinin Ukraynaya tədarükünü müzakirə ediblər
      00:25 | "Mehdiyev dedi ki, BAKIDA BİR TUALETİM DƏ YOXDUR"- Sabir Rüstəmxanlı /VİDEO
      00:20 | "Qarşımızda Türkiyə var" deyib, yeni müharibənin yerini göstərdi
      00:17 | Tramp HAMAS-ı məhv etməklə hədələdi
      00:15 | Abid Şərifov insult keçirib -  Vəziyyəti ağırdır
      00:13 | Putinlə Tramp bu ölkədə görüşəcək
      00:10 | Ərdoğan ordunun İraq və Suriyadakı mandatının uzadılmasını istəyir
      00:07 | Hindistandan Trampa cavab: Neft idxalını istehlakçılar üçün edirik
      00:05 | “Biz Rusiyadan 25 dəfə böyüyük!”- Rutte Rusiya hərbi potensialını “çox şişirtməməyə” çağırıb
      00:04 | Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
      00:00 | Müdafiə Nazirliyinin sanatoriyasının rəisi saxlanılıb -  YENİLƏNİB
      16-10-2025
      19:30 | Mehdiyevin “PARLAMENT KORPUSU”nun taleyi necə olacaq? -  Musayev indi... “baltanın ən yekəsini” götürüb
      19:00 | RAMİZ MEHDİYEVİN DÖVLƏT ÇEVRİLİŞİ PLANI NECƏ İFŞA OLUNUB? - “Mehdiyev işi”nin bütün DETALLARI
      18:55 | Edamların sayı kritik həddə çatıb -  BMT-yə "Bu ölkəni dayandırın" çağırışı edildi
      18:45 | Ramiz Mehdiyevin dövlət çevrilişi planı bu villasında hazırlanıb -  VİDEO/FOTO
      18:40 | Fərhad Əhmədov: "600 min alıb, heç bir iş görmədilər!"- MƏHKƏMƏ
      15:30 | Zəfər Gününün 5-ci ildönümündə hərbi parad keçiriləcək - Rəsmi
      15:15 | Paşinyan: "Azərbaycan Prezidenti ilə MÜNTƏZƏM TƏMASLARIMIZ VAR"
      15:10 | ABŞ oliqarx Süleyman Kərimovun yaxtasını hərracda satıb -  300 milyon dollar qiyməti var idi
      15:00 | Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir -  Paşinyan
      14:55 | Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı ölkəyə gətirildi
      14:50 | "Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər"-  "Politico"
      14:44 | TRAMP UKRAYNANIN MÜTTƏFİQİNƏ ÇEVRİLİR - Zelenski parlamentin qapalı iclasında nə deyib?
      14:30 | "Tomaqavk" raketlərinə nəzarət ABŞ-də olacaq -  "Financial Times"
      14:25 | Böyük Britaniyadan yeni sanksiyalar - Vahid Ələkbərov, Qod Nisanov, daha kimlər var...
      14:15 | Kəmaləddin Qədim Ramiz Mehdiyevin SİRRİNİ AÇDI: “Göyçə gölü ətrafında oteli var”
      14:00 | İlham Əliyev Aİ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO
      13:40 | Heydər Oğuz ƏLİ HƏSƏNOV BARƏDƏ GİZLİ MƏLUMATLARI YAYDI - Görün nələr qamarlayıb...
      13:20 | Pensiya yaşı yenidən artırıla bilər - "Yaşlı insanların sayının artması..."
      13:15 | Gələn ay Ağdama 900 ailə köçəcək -  Prezidentin xüsusi nümayəndəsi
      13:10 | İlham Əliyev Niderlandın yeni səfirini qəbul edib - FOTO
      13:00 | Rusiyada yanacaq BÖHRANI: Avtomobillərin uzun növbəsi yaranıb
      12:50 | Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər: "TAPANÇA İLƏ GƏLİRDİ" - VİDEO
      12:41 | Azərbaycanda yaşamaq üçün 16 mindən çox əcnəbi müraciət edib
      12:30 | Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır? - "Kommersant” “Rusiya izi”ni silir
      12:25 | Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
      12:20 | HƏMAS atəşkəsə əməl etməsə, müharibə yenidən başlayacaq - Tramp
      12:00 | Ramiz MEHDİYEVİN VƏKİLİ KİMDİR? - FOTO
      11:50 | Vaxtı keçmiş, yararsız məhsullar necə məhv edilir?- VİDEO
      11:47 | Madaqaskarda Fransa əleyhinə etiraz aksiyaları keçirilir
      11:44 | Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər açıqlanıb
      11:40 | Tramp təlimat verdi -  CIA əməliyyat keçirəcək
      11:30 | Emin ƏMRULLAYEVİN “ŞƏRQ-QƏRB” SEVDASI - “Vasitəçiliyi “5-ci kolon”un bu nümayəndəsi həyata keçirir...”
      11:25 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:00 | “Dron divarı” qurulmasa, Avropa təhlükədə qalacaq - XƏBƏRDARLIQ
      10:55 | Bakıda silahlı insident -  İki nəfər güllələndi
      10:50 | İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı
      10:45 | "Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na TƏXRİBAT HAZIRLAYIR"-  Bortnikov
      10:40 | Türkiyə Qəzzaya ekspertlər göndərəcək
      10:35 | Vaşinqton Yaponiyadan Rusiya neftini almağı dayandıracağını gözləyir
      10:33 | Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,5 milyard manat xərcləyəcək
      10:30 | Bütün növ pensiya alanların nəzərinə: Gələn il pensiyaların artacağı gözlənilir
      15-10-2025
      20:00 | "Boz Kardinal"ın VARİDATININ BİR QİSMİ - 216 hektar, 155 hektar, 50 hektar, 892 sot, 240 sot.../ARAŞDIRMA /SİYAHI
      19:30 | Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
      19:25 | Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
      19:15 | “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
      15:30 | Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
      15:25 | Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
      15:20 | Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
      15:15 | Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.