Ermənistanda koronavirusdan ölənlərin sayı 4256-ya çatıb

Ermənistanda son sutka ərzində daha 243 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 219 596 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 7 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4256-ya yüksəlib.
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: