Ermənistanda koronavirusdan daha 13 nəfər öldü

Ermənistanda son sutka ərzində daha 282 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 220 729 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 13 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4314-ə yüksəlib. Koronavirusa yoluxan, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1 058 nəfərdir.
Hazırda Ermənistanda 7257 nəfər aktiv koronavirus xəstəsi var.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: