Roma Olimpiya Stadionunda keçirilən Ukrayna – İngiltərə qarşılaşması futbolun yaradıcılarının 4:0 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, İngiltərə yarımfinala çıxması dəqiqləşən sonuncu komanda oldu. İngiltərə millisi yenidən öz meydanında – Londonda oynayacaq. Qaret Sautqeytin yetirmələri iyulun 7-də Londonda Danimarkanı qəbul edəcək.