Azərbaycanla Pakistan arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi müzakirə edildi
- FOTO
Azərbaycanla Pakistan arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi müzakirə edilib. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu barədə “Twitter”dəki hesabında yazıb. O, qeyd edib ki, Pakistanın Baş Nazirinin ticarət və sənaye üzrə koordinatoru Rana İhsaan Əfzal Xanla görüşüb. “Pakistanın Baş Nazirinin ticarət və sənaye üzrə koordinatoru Rana İhsaan Əfzal Xanla məhsuldar görüş oldu. Azərbaycanla Pakistan arasında ticarət və investisiya əlaqələrinin daha da gücləndirilməsi yolları, o cümlədən əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə edildi”, - səfir qeyd edib.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: