Avropa Oyunları: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi uduzub
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 1/8 finalda İtaliya yığmasına uduzub - 42:45.
Azərbaycan millisi 5-ci yer uğrunda mübarizə aparacaq.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: