Türkiyə dövrəyə girdi: İrəvan ciddi itki verəcək
Globall.az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı Türkiyə lideri Ərdoğanın dördlü görüş təklifi haqda qeyd edib.
"Türkiyə və Rusiya prosei yenidən ələ almaq istəyir. Və bu, Fransadan sonra ABŞ-ın da vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər, xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra.
Ərdoğanın təklifinə Bakı və Moskva razı olacaq, hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondankənar ölkələrin qoruması praktiki olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Ki, Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir".