"Qalatasaray" liderliyini bərpa etdi
Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub. Globall.az axar.az-a istinadən bildirir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib. Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur. Qeyd edək ki, "Fənərbağça" 70 xalla ikinci yerdə qərarlaşıb
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: