“Qarabağ” Minskdə çempion olub
“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin qalibi olub.
Globall.az xəbər verir ki, Azərbaycan futbolçuları finalda BATE-ni 1:0 hesabı ilə məğlub ediblər.
Asif Əlizadənin baş məşqçisi olduğu U-14 komandasının heyətində qələbə topununu müəllifi
Cavidan Əlizadə olub.
“Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina” (6:0) və “Rotor”u (2:0) məğlub edib və son oyunda BATE-yə uduzub (0:1). Komanda 1/4 finalda “Baltika”, yarımfinalda isə “Pskov”a 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Qarabağ” turnirdə öz qapısından cəmi 1 top buraxıb.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: