Milli komandada böyük rotasiya: Ronaldo qayıdır
Portuqaliya millisində böyük rotasiya aparılacaq.
Globall.az İdman.biz-a istinadən xəbər verir ki, bunu yığmanın baş məşqçisi Roberto Martines açıqlayıb.
O bildirib ki, İsveçlə yoldaşlıq oyunundakı 5:2 hesablı qələbədən sonra 8 futbolçu komandadan ayrılacaq: "Bernardo Silva, Ruben Diaş, Joao Palinya, Nelson Semedu, Tote Qomeş, Rafael Leao, Bruno Fernandes və Qonsalo Ramuşa növbəti oyunda istirahət veriləcək. Səkkiz futbolçu yığmanın düşərgəsini tərk edəcək. Onları digər 8 oyunçu əvəz edəcək. Ümid edirəm ki, onlar ac və enerji ilə dolu olacaqlar".
Qeyd edək ki, Portuqaliyanın ulduzu Kriştiano Ronaldo da İsveçlə görüşü buraxıb. O, martın 26-da Sloveniya ilə baş tutacaq matçın hazırlığına qatılacaq.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: