Azərbaycan millisindən 32 ayın rekordu
Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.
Globall.az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.
Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: