Raul Qarsiya mövsümün sonunda karyerasını bitirəcək
“Atletik”in futbolçusu Raul Qarsiya gələcək karyerası ilə bağlı qərarını verib.
Globall.az idman.biz-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirəcək.
O, bu qərarı barədə komanda yoldaşlarına mesaj verib. 38 yaşlı futbolçu La Liqa tarixində ən çox oyun keçirənlər siyahısında 3-cüdür.
Raul 602 matçda forma geyinib. O, yalnız Andoni Subisaretta və Xoakindən geri qalır. Rekordçuların hesabında 622 oyun var.
Qeyd edək ki, Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: