Paşinyan Moskva həddini aşdı: "sabiq köpək" zəncirini qırır?
Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i özündən çıxarıb.
Globall.az Milli.az-a istinadən bildirir ki, Paşinyan "La Republica" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır. Rusiyanın maraqlarının bütünlüklə Ukrayna müharibəsinə yönəlməsindən şikayətlənən Paşinyana cavab gecikməyib. Rusiya XİN-in sözçüsü Zaxarova Paşinyanı məsuliyyətli olmağa səsləyib. O bildirib ki, əgər siyasi müstəvidə nəsə ürəyincə getmirsə, bunu başqasının üzərinə yıxmaqdansa səhvi özündə axtarmaq daha məqbul variantdır.
Zaxarova həmçinin Paşinyanın Qarabağı Azərbaycan ərazisi adlandırmasına da maraqlı münasibət bildirib. Bu ifadənin xüsusi çəkisini erməni liderinin çiyinlərinə yıxaraq, Rusiyanın son 30 ildə formalaşdırdığı siyasi xəttin üzərinə kölgə salıb. O qeyd edib ki, "Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Paşinyandır, Biz buna nə edə bilərik?". Belə ifadə işlətməklə sanki, Azərbaycanın ərazi bütövlüyü və dövlət maraqlarına laqeyd münasibəti özü də bilmədən aşkara çıxarıb.

Paşinyan vaxt qazanmağa çalışır...
Siyasi postundan bərk yapışan Paşinyan təslim olmağı ağlından belə keçirmir. Gah milli maraqları dövlətin ümdə məqsədi kimi qələmə verir, bundan bir şey çıxmayanda Rusiya əleyhinə fikirlər səsləndirir. 44 günlük müharibədən sonra narazı qalan əhalini sakitlşdirərək, sonuncu şansını da itirmək istəmir.
Dəyişən bir şey yoxdur...
Paşinyan qalsa da, Sarksyan-Köçəryan qruplaşması hakimiyyəti ələ keçirsə də, Azərbaycana qarşı mövqe dəyişməz olaraq qalır. Azərbaycan Ermənistan sülh sazişinin uzadılması, Qarabağın erməni sakinləri üçün əsassız iddialar və hüquqi səlahiyyətlərin artırılması və s. kimi manevr və iddialar bir-birini əvəz edir.
Rusiya özü də sülh müqaviləsinin gecikdirilməsinə maraqlıdır. Sülhməramlıların Qarabağdakı mövcudluğu Azərbaycan üçün zərrə qədər müsbət rol oynamır.