Coşqun liderə məğlub olub
Azərbaycan yığmasının üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasının 23-cu turunda ehtiyatda qalıb.
Globall.az İdman.biz-ə istinadən xəbər verir ki, onun çıxış etdiyi “Ümraniyəspor” 23-cü turda “Eyupspor”la qarşılaşıb.
Coşqunun komandası öz meydanında liderə 1:3 hesabı ilə uduzub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3 dəfə fərqləniblər. Diniyev meydana 62-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Ümraniyəspor” turnir cədvəlində 13-cü pilləyə geriləyib. Komandanın hesabında 27 xal var.
Oxunub: 75
Xəbəri paylaş
Paylaş: