“Qarabağ”ın futbolçuları Monteneqroya qələbə qazandırıb
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində meydana çıxıblar. Globall.az xəbər verir ki, onlar Belarusla yoxlama matçında iştirak ediblər. Hər iki futbolçunun start heyətində yer aldığı qarşılaşma Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yankoviç 66-cı dəqiqədə əvəzlənsə də, Veşoviç 90 dəqiqə meydanda olub. Qeyd edək ki, monteneqrolular martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: