İlk dəfə Bakıda
Bu gün FİFA-nın yeni layihəsi olan “FİFA series – Edition 2024”ün Bakıda keçiriləcək matçlarına start veriləcək. Globall.az İdman.biz-a istinadən xəbər verir ki, ilk oyun günü "Liv Bona Dea Arena"da başlayacaq. Layihənin ilk qarşılaşmasında Tanzaniya və Bolqarıstan yığmaları üz-üzə gələcək. Afrika və Avropa təmsilçilərinin dueli tarixi hadisə ilə əlamətdar olacaq. İlk dəfə Afrika ölkələrindən birinin əsas millisi Bakıda meydana çıxacaq. Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq. “FİFA series – Edition 2024”
22 mart
17:00. Tanzaniya – Bolqarıstan
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
"Liv Bona Dea Arena"
Oxunub: 31
Xəbəri paylaş
Paylaş: