Trampın iddiası beynəlxalq gərginlik yaratdı - Çin XİN-dən sərt reaksiya
ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinin gizli nüvə silahı sınaqları keçirdiyi barədə iddiası beynəlxalq miqyasda qalmaqala səbəb olub.
Çin Xarici İşlər Nazirliyinin sözşüsü Mao Nin bu iddiaları sərt şəkildə təkzib edərək, “Çin sülh yolu ilə inkişaf siyasətindən heç vaxt dönməyib” açıqlamasını yayıb.
“Çin hər zaman sülh yolu ilə inkişaf siyasətini izləyib, nüvə silahlarını ilk istifadə etməmək prinsipinə sadiq qalıb və müdafiə xarakterli nüvə strategiyasını davam etdirib. Eyni zamanda nüvə sınaqlarını dayandırmaq öhdəliyinə sadiqdir”, — deyə Mao vurğulayıb.
Xatırladaq ki, Donald Tramp "CBS News" telekanalında yayımlanan "60 Minutes" proqramında çıxışı zamanı “Rusiya sınaq keçirir, Çin də keçir, amma bu barədə danışmırlar” deyərək, hər iki ölkəni gizli nüvə silahı testləri aparmaqda ittiham etmişdi.
Press-fakt





















