Azərbaycan millisi dominant oyun sərgiləyərək... - İliyev
Azərbaycan millisi layiqli qələbə qazandı. Globall.az axar.az-a istinadən xəbər verir ki, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək üçün imkanım olmadı. Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək layiqli qələbə qazandılar". Qeyd edək ki, Azərbaycan millisi "FIFA series - Edition 2024" turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.