Andrey Lunyovla bağlı plan
Rusiya millisinin Paraqvayla baş tutmayan oyunu üçün planları bəlli olub. Globall.az İdman.Biz-ə istinadən bildirir ki, bunu yığmanın baş məşqçisi Valeri Karpin açıqlayıb. Təcrübəli mütəxəssis ləğv olunan matçda meydana buraxmağı planlaşdırdığı futbolçuların siyahısını öncədən müəyyənləşdiribmiş. Karpinin planlarında "Qarabağ"ın qapıçısı Andrey Lunyov da olub: "Paraqvayla matçın start heyətini 80-90 faiz müəyyənləşdirmişdim. Artıq sirr saxlamağın mənası yoxdur. Qapıda Andrey Lunyov olacaqdı". Qeyd edək ki, Rusiya - Paraqvay oyunu terror aktı səbəbindən ləğv edilib.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: