"Arsenal" - "Çelsi" oyunu təxirə salınıb
İngiltərə Premyer Liqasının XXXIV turunun "Arsenal" - "Çelsi" oyunu təxirə salınıb. "Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub. Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq. Qeyd edək ki, "Arsenal" aprelin 26-da "Mançester Siti" ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, "topçular"ın "Çelsi" ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.
Oxunub: 107
Xəbəri paylaş
Paylaş: