Amerika Kubokunun qalibi bəlli oldu:
Braziliya-Argentina - 0-1
Futbol üzrə Amerika Kubokunun (Copa Amerika) qalibi müəyyənləşib.
Rio-de-Janeyrodakı "Marakana - Mario Filyo" stadionunda təşkil olunmuş qarşılaşmada əzəli və əbədi rəqiblər Braziliya ilə Argentina qarşılaşıb.
İndiyədək tərəflər arasında keçirilən 121 matçın 49-da Braziliya, 46-da Argentina qələbə qazanıb. Sırf Amerika Kubokundakı duellərdə isə qələbə sayında Argentina prinsipial rəqibini qabaqlayır - 16-10.