Rahil derbidə uduzub
Azərbaycanlı müdafiəçi Rahil Məmmədov Lodz derbisində məğlub olub. Globall.az İdman.biz-ə istinadən xəbər verir ki, onun çıxış etdiyi LKS öz meydanında “Vidzev”ə uduzub. Qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Rahil LKS-ə kömək edə bilməyib. Tərəflər arasında keçirilən 70-ci derbidə “Vidzev” 30-cu qələbəsini qazanıb. Məmmədovun klubu 13 dəfə qalib gəlib, 27 oyun heç-heçə başa çatıb. Qeyd edək ki, LKS 10 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: