AGF-nin təsis etdiyi xüsusi mükafat Bakıdakı yarışda qaliblərə təqdim olunub
Bakıda bədii gimnastika üzrə keçirilən "AGF Trophy" beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən xüsusi təsis edilmiş mükafatın təqdimetmə mərasimi keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, "AGF Trophy" kubokuna fərdi proqramda (topla hərəkətlər) Kipr təmsilçisi Vera Tuqolukova layiq görülüb.
Qrup hərəkətləri proqramında isə (5 top) bu mükafatı İsrail komandası əldə edib.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: