Azərbaycan Premyer Liqasında gənclərə ən çox şans verən klublar bəlli olub
Azərbaycan Premyer Liqasında son beş ildə 20 yaşadək futbolçulara ən çox şans verən klublar bəlli olub.
"Report" xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin siyahısına əsasən, ilk iki pillədə "Sabah" və "Neftçi" komandaları qərarlaşıblar.
Hər iki kollektivdə bu kateqoriyaya aid 11 oyunçu meydana çıxıb. "Ağ-qaralar"dakı futbolçular 139, "Sabah"dakı oyunçular isə 131 matçda meydanda olublar.
Növbəti sıralarda "Sumqayıt" (9 futbolçu, 139 oyun), "Şamaxı" (9, 139), "Qəbələ" (7, 139), "Qarabağ" (6, 139), "Zirə" (4, 139) və "Səbail" (3, 139) yer alıblar.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: