"Barselona" Serxio Busketsə yeni müqavilə təklif edib
İspaniya "Barselona"sı futbolçusu Serxio Busketsə yeni müqavilə təklif edib. "Report" "DirectoGol" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sözləşməni imzalasa, illik məvacibi 75 faiz azalacaq. Bu isə o deməkdir ki, hazırkı maaşı 30 milyon avro olan təcrübəli oyunçu yeni müqaviləyə qol çəkdikdən sonra hər mövsüm üçün təqribən 7-8 milyon avro qazanacaq. Kataloniya klubunun yetirməsi hələlik təklifə cavab verməyib. Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: