Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub
Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub. “Report”un məlumatına görə, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunun İsveçlə oyununda baş verib. Stokholmda keçirilən görüşün 65-ci dəqiqəsində Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Bu, müdafiəçinin millinin heyətində ilk avtoqolu kimi tarixə düşüb. Mustafayevə qədər yığmamız 12 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib. Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev, Anton Krivotsyuk və Maksim Medvedev də avtoqola üzülüblər. Azərbaycan millisində avtoqol müəllifləri 7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Bakı. Azərbaycan – İtaliya 0:2 Tərlan Əhmədov, 32 – hesabı açıb 12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Helsinki. Finlandiya – Azərbaycan – 3:0 Emin Ağayev, 14 – hesabı açıb 14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü Dubay. BƏƏ – Azərbaycan – 3:3 Emin Quliyev, 4 – hesabı açıb 26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu Varşava. Polşa – Azərbaycan – 8:0 Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib 29 may 2010-cu il. Yoldaşlıq görüşü. Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1 Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib 7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu Köln. Almaniya – Azərbaycan – 6:1 Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib 13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu Osiyek. Xorvatiya – Azərbaycan – 6:0 Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib 1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu Oslo. Norveç – Azərbaycan – 2:0 Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib 23 mart 2018-ci il. Yoldaşlıq görüşü Bakı. YO. Azərbaycan – Belarus – 0:1 Maksim Medvedev, 42 – yeganə qol 6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi Kardiff. Uels – Azərbaycan – 2:1 Pavel Paşayev, 26 – hesabı açıb 5 sentyabr 2020-ci il. Millətlər Liqası Bakı. Azərbaycan – Lüksemburq – 1:1 Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib 24 mart 2021-ci il. DÇ-2022-nin seçmə mərhələsi Turin. Portuqaliya – Azərbaycan – 1:0 Maksim Medvedev, 37 – hesabı açıb 27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələsi Stokholm. İsveç - Azərbaycan - 3:0 Bəhlul Mustafazadə, 65 - hesabı 2:0 edib Qeyd edək ki, İsveç - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.