Qazaxda eyni yollar 2 il sonra yenidən təmir olunur - 674 min 949 manat 5 qəpik ayrılıb
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Açıqlanan rəsmi məlumatlara görə, müsabiqənin qalibi “Azərtranss” MMC (VÖEN – 4200338081) olub.
Qeyd edək ki, İcra Hakimiyyəti Qazax şəhərində Bakı və Əliağa Şıxlinski küçələrində yolların əsaslı təmiri işləri üçün “Azərtranss” MMC-yə 674 min 949 manat 5 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Qazax şəhərində təmir olunması nəzərdə tutulan Bakı və Əliağa Şıxlinski küçələrində cəmi 2 il əvvəl təmir işləri həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ilin 11 iyul tarixində Qazax rayon İcra Hakimiyyətinin açıqladığı məlumatda adı keçən küçələrdə təmir işlərinin həyata keçirildiyi göstərilib.
Elnur Əli
Elnur Əli
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: